"Roma"nın ulduz oyunçusu Totti klubun yeni baş məşqçisi ola bilər.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı Françesko Totti keçmiş klubunda baş məşqçi vəzifəsində çalışa bilər.
2017-ci ildə futbolla sağollaşan Totti karyesası boyunca ancaq bir klubda - "Roma"da çıxış edib. Əfsanə futbolçu İtaliya klubu ilə 786 matça çıxmış və 307 qol vurmuşdur.
Qeyd edək ki, Totti "Roma"nın keçmiş sahibi Ceyms Palotta və idarəçiliyi ilə problem yaşadığı üçün klubu tərk etmişdi.