İtaliyanın "Yuventus" klubunun futbolçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu MLS təmsilçilərindən "İnter Mayami" ilə razılaşıb. Argentinalı forvardın sözləşməsi iki illik nəzərdə tutulub.
İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin rəhbəri olduğu klub bu keçidi Turin klubu ilə həll etməlidir.
Qeyd edək ki, Qonsalo İquain 2019/2020 mövsümündə "Yuventus"un heyətində 44 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.