"Roma" heyətində icarə əsasında çıxış edən Mxitaryanı birdəfəlik transfer edib. 

Offsideplus.az xəbər verir ki, dünən "Arsenal" klubu qarşılıqlı razılıq yolu ilə oyunçusu Henrik Mxitaryanla müqaviləsini ləğv edib. Erməni futbolçu qalıcı müqavilə ilə ötən ildən icarə əsasında çıxış etdiyi "Roma" klubunun heyətinə qatılıb.

Keçən mövsüm 22 liqa matçında çıxış edən Mxitaryan 9 qol vurmuşdu.