Hakan Çalkanoğlunu tərifləyən İbrahimoviç onun Qullit və Sedorf kimi "Milan"dakı "10" nömrəli formanın yükünü qaldıra biləcəyini deyib.

Offsideplus.az xəbər verir ki, "Milan"da bir mövsüm daha qalan Zlatan İbrahimoviç komanda yoldaşını tərifləyib. Hakan Çalkanoğlunun Ruud Qullit və Klarens Sedorf kimi "Milan"da "10" nömrəli formaya layiq olduğunu açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə "Milan"a transfer olan Hakan Çalkanoğlu 129 matçda 23 qol vurub.