"Napoli"nin müdafiəçisi Kalidu Kulibali klubu tərk etməyi düşünür.

Offsideplus.az xəbər verir ki, “Mançester Siti” oyunçu üçün danışıqları davam etdirir. “Şəhərlilər” seneqallı müdafiəçi üçün 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kulibali Premyer Liqa təmsilçisinə keçməyə müsbət yanaşdığını “Napoli” rəhbərliyinə bildirib.