"Milan" "Real Madrid" klubunun oyunçusu Brahim Diaz ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, A Seriyası klubu "Milan" Brahim Diazı icarəyə götürüb. 21 yaşlı hücumçu yeni mövsüm "Milan"da çıxış edəcək. Klublar arasındakı razılıqda birbaşa transfer seçiminin olmadığı bildirilir.

"Real Madrid" Brahim Diazı 2019-cu ilin yanvarında "Mançester Siti"dən transfer etmişdi. Klubun oyunçu ilə müqaviləsinin müddəti 2025-ci ilə kimidir.