"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliyada oynamağa davam edəcək.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Andrea Pirlo Ronaldo ilə əlaqə saxlayıb və klubun gələcək planlarını müzakirə edib.
İtaliyalı mütəxəssis portuqaliyalı ulduza heyətin əsas silahlarından biri olduğunu və onu komandada görmək istədiyini bildirib.
Qeyd edək ki, daha öncə A Seriyası təmsilçisinin yüksək maaş alan futbolçularla, o cümlədən də Ronaldo ilə yollarını ayıracağı iddia edilirdi. Ulduz futbolçu Turin klubunda ilə 31 milyon avro qazanır.