Bu gün Maurisio Sarri ilə yolları ayıran "Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu posta komandanın keçmiş futbolçusu Andrea Pirlo gətiriləcək.

Turin klubunun U-23 yığmasına baş məşqçi təyin olunan Andre Pirlo  komandanın "sükanı" arxasına keçəcək.

"Qoca sinyora"nın prezidenti Andrea Aqnelli ilə görüşdən sonra bu qərar qəbul edilib.

Qeyd edək ki, Pirlo 2011-2015-ci illərdə "Yuventus"un şərəfini qoruyub.