"Yuventus" klubunun sabiq futbolçusu Andrea Pirlo klubun U-23 komandasının baş məşqçisi təyin edilib.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib.