İtaliyanın "İnter" klubu hücumçu Aleksis Sançeslə icarə müddətini daha bir il uzatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu oyunçunun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə danışıqları davam etdirir.

Qeyd edək ki, forvardın "İnter"lə hazırkı sözləşmə müddəti avqustun 5-də tamamlanır.