İtaliya yığmasının sabiq futbolçusu Andrea Pirlo "Yuventus” klubunun U-23 komandasının baş məşqçisi olacaq.

Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, "qoca sinyora" 41 yaşlı sabiq yarımmüdafiəçi ilə müqavilənin şərtləri barədə razılığa gəlib.

Qeyd edək ki, A.Pirlo 2017-ci ildə futbolçu karyerasını bitirib.