"Yuventus" mövsümün sonunda 5 futbolçusunu transferə çıxaracaq.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" müdafiəçi Daniele Ruqani, yarımmüdafiəçilər Federiko Bernardeski, Sami Xedira, Blez Matuidi və hücumçu Qonsalo İquainlə yolları ayırıb. Turin təmsilçisi adıçəkilən futbolçularla bağlı təklifləri dəyərləndirməyə hazırdır. Rəhbərlik onların yerinə kollektivə gənc oyunçular cəlb etməyi niyyətindədir.
Qeyd edək ki, "Yuventus" daha əvvəl "Barselona"dan Artur Melonu transfer edərkən Miralem Pyaniçi qarşı tərəfə satıb.