İtaliyanın "Roma" klubu 2013-cü ildə "Nike" şirkəti ilə imzaladığı uzun müddətli müqavilə 2019/2020 mövsümünün sonuda bitəcək.

 Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, "Roma"nın əməliyyat direktoru Françesko Kalva kommersiya razılaşmasının vaxtından əvvəl ləğvinin kluba avadanlıq və lisenziyalaşdırma məkanında yeni imkanları araşdırmağa imkan verəcəyini bildirib.

Qeyd edək ki, Amerika şirkəti ilə yeni anlaşmaya əsasən, "Nike" "Roma"nın əsas, gənclər və qadın komandaları üçün klubu lazım olan hazırlıq, məşq və digər lazımi avadanlıqlarla təmin edəcək.