"Roma"nın sabiq kapitanı Françesko Totti Dubayda təşkil olunan beynəlxalq konferensiyada iştirak edir.

Offsideplus.az xəbər verir ki, veteran futbolçu transfer bazarı və dünyanın ən yaxşı futbolçusu barədə "Mundo Deportivo" ilə fikirlərini bölüşüb.

"Futbol xeyli dəyişib. Müasir futbol biznesdir. Ronaldo və Neymar kimi yaxşı futbolçular var. Neymar qiyməti şişirdilmiş futbolçulara ən yaxşı nümunədir. Bir futbolçuya görə 250 milyon avro olduqca çoxdur. Dünyanın ən yaxşı futbolçusu olaraq Messini görürəm. Amma bu haqda Ronaldoya deməyin"