A Seriyasının 29-cu turu çərçivəsində keçirilmiş “Bolonya” - “Kalyari” oyunu qonaqların hücumçusu Covanni Simeone üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçda qonaq komandanın yeganə qolunun müəllifi olan argentinalı futbolçu unikal göstəriciyə imza atıb.
O, A Seriyası tarixində ilin bütün aylarında qol vurmağı bacaran ilk futbolçu olub.
Qeyd edək ki, Covanni Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeonenin oğludur.