İtaliyanın “Roma” klubu erməni futbolçusu Henrix Mxitaryanla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi “Arsenal”dan icarəyə götürdüyü 31 yaşlı futbolçuyla müqavilənin müddətini mövsümün sonunadək uzadıb. 

“Roma”yla müqaviləsi iyununda sonunda bitən Mxitaryan azı mövsümün sonunadək “canavarlar”ın formasını geyinəcək.

Qeyd edək ki, Mxitaryan ötən ilin sentyabrından icarə əsasında “Roma”da çıxış edir.