“Yuventus”un hücumçusu Mario Mandzukiç Çin klubundan aldığı təklifi rədd edib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçuya “Hebey Çayna Forçun” klubu təklif göndərib. Lakin karyerasını Turin klubunda davam etdirmək istəyən xorvatiyalı forvard Çin klubuna “yox” cavabı verib.

Qeyd edək ki, Mandzukiç 2015-ci ildən “Yuventus”da çıxış edir.

qol.az