“Verona” klubu yarımmüdafiəçisi Migel Velozo ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu yeni müqaviləyə əsasən daha bir il sözügedən klubun şərəfini qoruyacaq.

Ötən il “Cenoa”dan “Verona”ya transfer olunan 34 yaşlı futbolçunun əvvəlki müqaviləsi də bir illik idi və müddəti iyunun 30-da başa çatmalı idi.