Futbol üzrə İtaliya B Seriyasında çempionluğu təmin edən “Benevento” A Seriyasında mübarizə aparmaq hüququ əldə edib.

Offsideplus.az xəbər verir ki, Filippo İnzaqinin rəhbərlik etdiyi komanda 31 oyuna 76 xal toplayaraq sona yeddi tur qalmış birinciliyi təmin edib. 
“Benevento” tarixində ikinci dəfə A Seriyasında oynayacaq.

İlk dəfə 2017/18 mövsümündə elitada mübarizə aparan komanda turniri son pillədə tamamlayaraq yenidən B Seriyasına düşüb.