İtaliya "Yuventus"u qapıçı Canluici Buffon və müdafiəçi Corco Kyellini ilə yeni müqavilə bağlayıb. 

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu ilə sözləşmə 2021-ci ilin yayınadək uzadılıb. 

Buffon Turin komandasında 2001-ci ildən çıxış edir. O, 2018-ci ilin yayında Fransa PSJ-sinə keçsə də, bir il sonra geri qayıdıb. 

35 yaşlı Kyellini isə "Yuventus"un heyətində 8 dəfə İtaliya çempionluğu, 3 dəfə ölkə kuboku və 4 dəfə Superkuboku əldə edib.