“Yuventus” klubunun iki futbolçusu sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın müdafiəçisi Aleks Sandro və yarımmüdafiəçi Sami Xedira zədələnib. Sandronun dizindən zədələndiyi və fizioterapiyaya başladığı bildirilir. Xedira isə sağ ayağının əzələsindən zədələnib və yaxın günlərdə onun sağalacağı tarixlə bağlı açıqlama veriləcək.
Bundan əlavə, Aleks Sandro da iki həftə yaşıl meydanlardan kənarda qalacaq.