İtaliya Kubokunun final matçında "Napoli" Turin "Yuventus"una qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Romanın "Olimpiko" stadionunda keçirilən matçın əsas vaxtında qol vurulmayıb. İkinci hissədən sonra penalti seriyası olub. “Napoli”nin futbolçuları rəqib komandanın qapıçısı ilə mübarizədə daha güclü olublar - 4:2.
Qeyd edək ki, "Napoli" ümumilikdə altı dəfə kuboka sahib olub.