“Leyptsiq”in baş məşqçisi Ralf Ranqnik karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az “Tuttosport”a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis yeni mövsümdən “Milan”ı çalışdıracaq. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi bildirilir. Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Ranqnik bu vəzifədə Stefano Piolini əvəzləyəcək.