“Napoli” klubu İtaliya kubokunun final oyununda qarşılaşacağı “Yuventus”la oyunun hazırlıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, ötən gün keçirilən məşq prosesində baş məşqçi Cennaro Qattuzo futbolçusu İrvinq Losanonu heyətdən uzaqlaşdırıb. Meksikalı hücumçunun məşqlərə yetəri qədər köklənmədiyini düşünən Qattuzo bu addımı atıb.

Qeyd edək ki, İtaliya kubokunun final matçı iyunun 17-də baş tutacaq.