"Yuventus" İtaliya Kubokunun finalına yüksəlib.
Offsideplus.az xəbər verir ki,“Milan”la cavab matçında 0:0 hesablı heç-heçə edərək (ilk görüş 1:1) Turin təmsilçisi tarixində 19-cu dəfə İtaliyanın Kubokunun həlledici matçında oynayacaq.
"Qoca sinyora" bununla 2017-ci ildən mövcud olan şəxsi rekordunu yeniləyib.
İtaliya çempionatlarında final yarışlarına çıxışa görə ikinci yerdə 17 finalla "Roma" komandası qərarlaşıb. "Milan" isə 14 dəfə turnirin son matçında meydanda olub.
Qeyd edək ki, İtaliya Kubokunun finalında Sarrinin komandası "İnter" - “Napoli” qarşılaşmasının qalibi ilə qarşılaşacaq.