“İnter”in hücumçusu Lautaro Martinesin hazırkı şərtlərlə transferi üçün “Barselona”nın iyulun 7-nə qədər vaxtı var.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisinin idman direktoru Cüzeppe Marotta bildirib ki, argentinalı futbolçu həmin tarixə qədər müqaviləsində nəzərdə tutulan kompensasiya ilə ayrıla bilər: “Martinesin müqaviləsində 7 iyulda başa çatacaq bir kompensasiya maddəsi var. Bu müddətdən əvvəl “Barselona”dan təklif gözləyirik. Ondan sonra oyunçu ilə masa arxasında əyləşib söhbət edəcəyik”.
Qeyd edək ki, “İnter”lə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Lautaro Martinesin sərbəst qalma məbləği 111 milyon avrodur.