"Tottenhem"in müdafiəçisi Yan Vertongen karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az “CorSport”a istinadən xəbər verir ki, futbolçu “İnter”lə razılığa gəlib.

Milan təmsilçisi 33 yaşlı oyunçu ilə mövsümün sonunda müqavilə imzalayacaq. Vertongenin London klubu ilə sözləşməsi yayda başa çatır. Bu səbəbdən də “İnter” müdafiəçi üçün transfer məbləği ödəməyəcək.

Qeyd edək ki, A Seriyası təsmilçisi yanvarda “Tottenhem”in futbolçusu Kristian Erikseni də heyətinə cəlb edib.