“Yuventus” klubunun futbolçusu Miralem Pyaniç karyerasını yalnız “Barselona”da davam etdirmək istəyir.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi buna görə “Çelsi”nin təklifini rədd edib.

Pyaniç bu yay “Barselona”ya keçmək üçün müqaviləni razılaşdırıb. Bildirilir ki, onun transferi böyük ehtimalla klublar arasındakı futbolçu dəyişikliyi çərçivəsində baş tutacaq.