İtaliya millisinin sabiq müdafiəçisi Marko Materazzi "Milan"ın baş məşqçisi Cennaro Qattuzo barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, italyan mütəxəsis bunları deyib:

"Hesab edirəm ki, məşqçi əvəzedicilərdən əsas komandaya gəlib eyni münasibəti saxlayırsa, ona güclü mütəxəsis kimi yanaşmaq lazımdır. "Milan"ın durumu əsaslı surətdə dəyişib. Qattuzonun haqqını vermək lazımdır. O, yaxşı ab-hava və möhkəm komanda formalaşdıra bildi. Böyük futbolçuların sənin arxanca gəlməsi yaxşı motivatorla bərabər səviyyəli məşqçi olduğuna dəlalət edir. Görək, Cennaro qarşıdakı 2 ildə bu postda qalacaqmı".