"Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bunu "La Gazetta dello Sport"a açıqlamasında 62 yaşlı mütəxəssisin özü etiraf edib.

O, Çempionlar Liqasının “Valensiya” ilə matçından əvvəl virusa yoluxduğunu deyib:

“Valensiya” ilə cavab oyunundan bir gün əvvəl özümü pis hiss edirdim. Oyun günü – martın 10-da vəziyyətim daha da pisləşdi. Matç zamanı çəkilən şəkillərimə baxsaz, bunu hiss edə bilərsiz. Bir neçə gündən sonra artıq halsızlıq başlamışdı. Temperaturum da yüksək idi".