"Yuventus"un üzvü Leonardo Bonuççi karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, müdafiəçi ilə "Mançester Siti" yaxından maraqlanır.

"Şəhərlilər" 33 yaşlı futbolçu üçün Turin klubu ilə ilkin danışıqlara başlayıb. Məlumatı "Daily Star" nəşri yayıb.
Qeyd edək ki, Bonuççinin "qoca sinyora" ilə olan müqaviləsi 2024-cü ildə bitəcək.