PSJ-nin üzvü Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu ilə "İnter" yaxından maraqlanır.

Milan təmsilçisi 33 yaşlı forvardı Lautaro Martinesin əvəzləyicisi olaraq düşünür.

Kavaninin azad agent olaraq "İnter"ə keçməsi gözlənilir.

Qeyd edək ki, "İnter"in əsas hücumçusu olan Lautaro Martines "Barselona"nın maraq dairəsindədir.