İtaliyanın "İnter" klubu futbolçusu Eşli Yanqla müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun idman direktoru Pyero Auzilio məlumat verib. O, ingilis müdafiəçi ilə müqavilənin müddətini 1 il uzatmaq seçimindən istifadə etdiklərini bildirib.

Qeyd edək ki, E.Yanq qışda 1.5 milyon avroya “Mançester Yunayted”dən Milan klubuna keçib.