Kriştianu Ronaldonun mövsümün sonunda "Yuventus"dan ayrılması yenidən gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Twitter" hesabında paylaşım edən jurnalist Pyetro Baltsano  "İndilik bu məlumatlar "söz-söhbət" də adlandırıla bilər, amma mənə müxtəlif mənbələrdən informasiya daxil olduğu üçün məsələ diqqətimi çəkir. Mövsümün sonunda Ronaldu "Yuventus"dan ayrıla bilər. Mənə bu barədə məlumat daxil olub. Təkrar edirəm: indilik bunları "söz-söhbət" də adlandıra bilərik. Gözləmək lazım gələcək" sözlərini yazıb.

Qeyd edək ki, Ronaldo cari mövsümdə meydana çıxdığı 31 matçda 25 qol, 4 məhsuldar ötürmə edib.