COVİD-19 epidemiyasına görə dayandırılan İtaliya A seriyasının bərpası ilə bağlı qərar yenidən dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib.

O, yarışın əvvəlcədən açıqlandığı kimi, iyunun 13-də yox, 20-dən davam etdiriləcəyini deyib. 

Qeyd edək ki, bundan əvvəl A Seriyanın iyunun 13-də bərpa olunması planlaşdırılırdı.