"Mançester Yunayted" klubunun hücumçusu Aleksis Sançes İtaliyada qalacaq.
Offsideplus.az xəbər verir ki, çilili hücumçu daha bir il də “İnter”də qalacaq.
Baş məşqçi Antonio Konte futbolçunun icarə müddətinin uzadılmasını istəyib. İtaliyalı mütəxəssis növbəti mövsüm komandanın hücum xəttini yeniləmək niyyətindədir.