“Leyptsiq”in hücumçusu Timo Verner daha bir top klubun maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, “Yuventus” alman forvardın xidmətində maraqlıdır. “Yuventus” da Verner üçün tələb edilən məbləği ödəyəməyə hazırdır.

24 yaşlı hücumçu üçün əsas namizəd “Liverpul” klubudur. Futbolçunun özü də həmyerlisi Yurgen Kloppla eyni komandada çıxış etməyə müsbət yanaşır.

“Leyptsiq” almaniyalı oyunçu üçün 70 milyon avro tələb etsə də, komanda çempion ola bilməyəcəyi təqdirdə Vernerin qiymətinin 50 milyon avroya enəcək.

Qeyd edək ki, 24 yaşlı forvard cari mövsüm Bundesliqada 27 oyun keçirib və 24 qol vurub.