"Milan"nın futbolçusu Zlatan İbrahimoviç məşqdə zədələnib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı hücumçu hazırlıq prosesinin sonlarında təkan vurduğu vaxt topuğunda ağrı hiss edib. 

İbrahimoviçin axill vətərinə zərər yetirdiyi güman olunur. Belə olarsa, o karyerasını bitirə bilər. Dəqiq diaqnoz tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç yanvarda "Milan"la sonradan 1 il uzadıla bilməsi şərti ilə 6 aylıq müqavilə bağlayıb.