"Milan" "Real"ın üzvü Luka Yoviç barədə qərarını verib.
Offsideplus.az xəbər verir ki, İtaliya klubu serbiyalı futbolçunu transfer etməkdən imtina edib.
Bu barədə məlumatı "Tuttosport" nəşri yayıb. "Qırmızı-qaralar" hücumçudan zədə səbəbindən transfer etməkdən əl çəkib.
Qeyd edək ki, 22 yaşlı forvard bir müddət əvvəl evdə məşq zamanı xəsarət almış və sağ ayağında sınıq aşkarlanmışdı.