“Breşiya”nın üzvü Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, italiyalı forvardla "Flamenqo" və "Botafoqo" yaxından maraqlanır.

Bu barədə məlumatı "La Gazette dello Sport" nəşri yayıb. Hücumçunun meneceri olan Mino Rayola futbolçusunun Braziliyaya transfer olunmasının tərəfdarıdır. O, müştərisinin bu klublardan birinə keçməsi üçün çalışır.

Qeyd edək ki, “Breşiya” ilə 2022-ci ilə müqaviləsi olan Balotelliylə “Qalatasaray” da yaxından maraqlanır.