İtaliyanın “Yuventus” klubu futbolçusu Sami Xediranı transferə çıxarıb.

Offsideplus.az xəbər verir ki, Turin klubunun rəhbərliyi futbolçunu heyətində görmək istəyən klublarla danışıqlara hazırdır.

İngiltərə Premyer Liqasının bir neçə komandasının Xediranı heyətində görmək istədiyi bildirilir. 

Qeyd edək ki, Xedira 2019/20 mövsümündə A seriyasında 12 oyun keçirib.