"İnter"in futbolçuları, məşqçilər və digər komanda üzvləri növbəti dəfə koronavirus testindən keçiblər.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, yoxlamaların hamısının nəticəsi mənfi olub.
Milan təmsilçisinin üzvü daha öncə fərdi məşq edərkən də testdən keçmişdilər.
Qeyd edək ki, "İnter" bu gün ilk dəfə kollektiv halında məşq prosesi keçəcək.