İtaliya A Seriyasının 9 klubu mayın 18-də məşqə başlamaqdan imtina edib.

Offsideplus.az “Football Italia”ya istinadən xəbər verir ki, "Milan", "İnter", "Napoli", "Fiorentina", "Kalyari", "Atalanta", "Verona", "Sampdoria" və "Genoa" çempionatın bərpası ilə bağlı tərtib edilən tibbi protokoldan narazıdır. Protokola əsasən, oyunçulardan birində və ya klubun hər hansı işçisində koronavirus aşkar edilərsə, bütün komanda 15 gün ərzində karantinə göndəriləcək.

İtaliya klubları Bundesliqadakı kimi, koronavirusa yoluxma halında yalnız həmin şəxsin karantinə göndərilməsini və komandanın müvafiq testlərdən keçirilməsini istəyir.

Qeyd edək ki, hazırda İtaliya klubları fərdi şəkildə məşq edirlər.