İtaliyanın "İnter" klubu erməni futbolçu transfer edir.
Offsideplus.az xəbər xəbər verir ki, Milan təmsilçisi "Mançester Yunayted"dən Henrik Mxitaryanı hədəfə alıb.
Məlumata görə, baş məşqçi Lusiano Spallettinin israrla istədiyi erməni ulduz üçün italyanlar Premyer Liqa klubuna rəsmi təklif göndərməyə hazıralaşır. Baş məşqçi Joze Mourinyo ilə münasibətləri gərgin olan Mxitaryanın da "Mançester Yunayted"dən ayrılacağı deyilir. "İnter" 28 yaşlı yarımüdafiəçini icarəyə götürə bilər.
Qeyd edək ki, Henrik Mxitaryan Ermənistanın "Pünik" klubunun yetirməsidi. 2009-cu ildə 350 min avro qarşılığında Ukraynanın "Metallurq" (Donetsk) klubuna transfer olunan yarımmüdafiəçi 1 il sonra 5,85 milyon avroya "Şaxtyor"a satılıb. Ukrayna klubu 2013-cü ildə onu Dortmund "Borussiya"sına 27,5 milyon avroya satıb. "Mançester Yunayted" isə 28 yaşlı yarımmüdafiəçini 2016-cı ildə 42 milyon avroya transfer edib. Cari mövsümdə İngiltərə klubunun heyətində 19 rəsmi oyuna çıxaraq 2 qol vuran və 6 məhsuldar ötürmə edən Henrik Mxitaryana "Transfermarkt" 35 milyon avro qiymət qoyub.
fanat.az