"İnter" klubunun ulduz futbolçusu Lautaro Martinesə daha bir Avropa nəhəngi "elçi" düşüb.
Offsideplus.az xəbər verir ki, Fransanın PSJ klubu 22 yaşlı hücumçu ilə yaxından maraqlanır. Paris klubunun argentinalı oyunçunun transferinə görə "Barselona", "Real" və "Mançester Yunayted"lə mübarizə aparacaq.
Qeyd edək ki, Martinesin İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.