"Barselona" "İnter"lə hücumçu Lautaro Martines barədə danışıqları dayandırmaq üçün son tarix təyin edib.
Offsideplus.az xəbər verir ki, “La Gazzetta dello Sport” Kataloniya klubunun qarşı tərəfə 10 gün vaxt verdiyini yazıb.
“Barselona” rəhbərliyi Martines üçün 80 milyon avro və üç oyunçu - Junior Firpo, Nelson Semedo və Todibonu təklif edib. "İnter" isə futbolçunun sərbəstqalma məbləğini - 111 milyon avronu tələb edərək bu təklifi rədd etdi.
Kataloniya təmsilçisi isə İtaliya klubuunun argentinalı üçün 90 milyon avro və iki oyunçu -Arturo Vidalla Antuan Qrizmannı bir illik pulsuz icarəyə götürmək təklifini qəbul etməyib.
Tərəflər 10 gün ərzində anlaşa bilməsələr, “Barselona” tranferdən vaz keçəcək.