"Yuventus" qapıçı Canluici Buffon, müdafiəçi Corco Kyellini və argentinalı hücumçu Paulo Dibalanı buraxmaq niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi "Sky Sport Italia" nəşrinə açıqlamasında bildirib ki, hər üç futbolçu ilə danışıqlar davam edir: "Buffon və Kyellini ilə razılaşmaq üzrəyik. Dibala ilə da danışırıq. Onun "Yuventus"da mümkün qədər çox qalmasını istəyirik".
Qeyd edək ki, daha əvvəl "Yuventus"un Canluici Buffon, Corco Kyellini və Blez Matuidi ilə yeni müqavilə imzalayacağı bildirilib. Hər üçün futbolçunun "qoca sinyora" ilə müqaviləsi 2020-ci ilin yayına qədər qüvvədədir.