“Milan” rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, gənc mütəxəssisin müqavilə müddəti uzadılacaq. Yeni anlaşmaya əsasən, Qattuzo 2021-ci ilin yayına kimi “qırmızı-qaralar”ın sükanı arxasında qalacaq.
Qeyd edək ki, yeni müqavilənin martın 31-də “Yuventus”la keçiriləcək oyuna qədər imzalanacağı gözlənilir.