"Barselona"nın kapitanı Lionel Messi Filipp Koutinyonun satılmasını istəmir.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu braziliyalının komandaya faydalı olacağını düşünür.

“Barselona” rəhbərliyi cari mövsümü icarə əsasında “Bavariya”da keçirən yarımmüdafiəçini satmaq, ən pis halda icarəyə vermək barədə düşünür.

Ancaq Messi rəhbərlikdən Koutinyonu komandada saxlamalarını tələb edib. Leo ilə yanaşı, daha bir neçə futbolçunun 28 yaşlı oyunçunun satılmasından narazı olduğu vurğulanıb.

Qeyd edək ki, Koutiyonun karyerasını Premyer Liqada davam etdirmə ehtimalı var. Fubtolçu ilə “Çelsi” və “Everton” klubları maraqlanır.