"Fiorentina”nın futbolçusu Frank Riberi xanım jurnalist Karin Le Marşanı məhkəməyə vermək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Karin "İnstagram”da yazdığı statusda Riberinin fransız dilini yaxşı bilməməsini irad tutaraq, onu təhqir edib.
Futbolçunun vəkili bunun la Riberi və ailəsinə zərər dəydiyini deyib: "Franka qarşı belə hərəkət yolverilməzdir. Belə yanaşma onu təhqir edir, üstəlik, sosial şəbəkə istifadəçilərini də ona qarşı yönəldir. Onu da nəzərə almaq lazımdır ki, belə situasiyada zərər təkcə Riberiyə yox, həm də onun ailəsinə dəyir”.